Bakıda “Euronews” ofisinin açılış mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

17 noyabr tarixində Bakıda “Euronews” ofisinin təntənəli açılış
mərasimi baş tutub.

Trend xəbər verir ki, tədbir “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas Davidin
açılış nitqi ilə başlayıb. O, Azərbaycanlı tərəfdaşlarla
əməkdaşlığın gücləndirilməsinin və “Euronews”un regiondakı
mövcudluğunun genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.




Mərasim çərçivəsində artıq həyata keçirilmiş birgə layihələr
təqdim olunub, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazda baş verən
əsas siyasi, iqtisadi və sosial proseslərə və onların regionun
Avropa ilə münasibətlərinə təsirinə həsr olunmuş “Eurasia Talks”
proqramının buraxılışının çəkilişi aparılıb.

Qeyd edək ki, “Euronews” 20 dildə yayımlanan beynəlxalq xəbər
telekanalıdır. Kanal aktual beynəlxalq hadisələrin
işıqlandırılmasına və Avropa ölkələri ilə qonşu region ölkələri
arasında əməkdaşlığın inkişafına fokuslanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir