
Mütəxəssislər evdə yandırılan şamlarla bağlı xəbərdarlıq ediblər. Evdə mütəmadi olaraq şam yandırılması insan sağlamlığına ciddi zərər verir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim Əmir Xan evdə şam yandırmağı ənənəyə çevirən insanların ciddi sağlamlıq problemi ilə üzləşəcəklərini deyib. O, eyni vaxtda yandırılan bir neçə şamın havaya oksidləşdirici birləşmələr buraxdığını qeyd edib. Onun sözlərinə görə, bunlar bədəndə iltihaba səbəb ola bilən kiçik, inhalyasiya olunan hissəciklərdir. Uzun müddətli iltihab stresə səbəb olur.
Mütəxəssis zərərli birləşmələrə məruz qalmamaq üçün şam yandırdıqdan sonra otağı havalandırmağın vacib olduğunu vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

