Süni intellektlə yaradılan “müğənni”dən inanılmaz uğur

Baş səhifə

Süni intellektlə yaradılan kantri “müğənnisi” Breaking Rust ifası ilə ABŞ-nin “Billboard Country Digital Song Sales” siyahısında birinci yerə yüksəlib.

Metbuat.az Breaking Rustun viral olan mahnısı “Walk My Walk” “Spotify”də 3,5 milyon dəfədən çox dinlənilib. Onun digər mahnıları, “Livin on Borrowed Time” və “Whiskey Don’t Talk Back” müvafiq olaraq 4 milyon və 1 milyondan çox dinlənilib. Sənətçi haqqında məlumat olduqca məhduddur. İnstaqramda 43000 izləyicisi olan Breaking Rustun profilində “Döyüşçülər və xəyalpərəstlər üçün musiqi” şüarı var. Səhifədəki videolarda qarla örtülü qatar relslərində gəzən, ağırlıq qaldıran və ya yağışda papağını düzəldən “kovboy” personajları yer alır və bunların hamısı süni intellekt tərəfindən yaradılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir