İngiltərə millisinin üzvü “Mançester Siti”yə keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti” 2026-cı ilin yayı üçün “Nyukasl”ın sağ cinah
müdafiəçisi Valentino Livramentonu potensial transfer
prioritetlərindən biri kimi nəzərdən keçirir.

Trend xəbər verir ki,
ingiltərəli futbolçu artıq Pep Qvardiolanın komandasının qısa
siyahısına düşüb. Bu barədə jurnalist Ben Ceykobs məlumat
verib.




“Mançester Yunayted” də 23 yaşlı oyunçunu izləyir. Lakin klub
hələlik heç bir konkret addım atmayıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Livramento bu
mövsüm “Nyukasl”ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol
ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin
ortalarınadək qüvvədədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir