Mbappe məhkəmədə PSJ-dən 240 milyon avro kompensasiya tələb edir

Baş səhifə

Bakı. Trend:

Kilian Mbappenin PSJ ilə bağlı maliyyə məsələləri üzrə
mübahisəsi davam edir. Forvard 2024-cü ildə Paris klubunu azad
agent kimi tərk edərək “Real”a keçmişdi.

Trend xəbər verir ki, maliyyə
tələblərindən əlavə, Mbappe klubdan psixoloji təzyiq göstərilməsi
ilə bağlı şikayət verib və PSJ-ni 2023-cü ildə onu yeni müqavilə
imzalamağa məcbur etməkdə ittiham edib.




Bu gün keçirilən məhkəmə iclasında məlum olub ki, futbolçu
klubdan 240 milyon avro tələb edir. Mbappenin vəkili məhkəmədən
oyunçunun təxmini aylıq maaşı kimi 14,8 milyon avro məbləğinin əsas
götürülməsini xahiş edib.

Qeyd edək ki, öz növbəsində PSJ-nin vəkili klubun tələblərini
açıqlayıb. Parislilər Kilian Mbappedən 180 milyon avro məbləğində
zərərin ödənilməsini tələb edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir