“Çelsi”nin sabiq futbolçusu xəstəxanadan evə buraxıldı

Baş səhifə

Bakı. Trend:

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Oskar xəstəxanadan evə
buraxılıb. 11 noyabrda “San-Paulo” ilə mövsümöncəsi planlı tibbi
müayinəsi zamanı Oskarın ürəyində anormal reaksiyalar qeydə alınıb,
nəticədə futbolçu qısa müddət huşunu itirib və xəstəxanaya
yerləşdirilib.

Trend xəbər verir ki, 34
yaşlı oyunçu karyerasını bitirə bilər.




“Bu bazar günü Oskar Albert Eynşteyn klinikasından buraxılıb.
Xəstəxanada aparılmış geniş müayinə göstərdi ki, futbolçu müəyyən
bir stimula görə qısa müddətli huş itirmə epizodu yaşamışdır.
Xəstəxanada olduğu müddət ərzində idmançının vəziyyəti sabit və
yaxşı olub. Növbəti bir neçə gün ərzində o, tibbi bərpa proqramına
əməl edəcək.” – “San-Paulo”nun açıqlamasında deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir