
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, 2025-ci ilin sonuna
qədər ölkə iqtisadiyyatına yönələn investisiyaların həcmi 20–21
trilyon dolları aşa bilər.
Trend xəbər verir ki, o, bunu
Ağ Evdəki çıxışı zamanı səsləndirib.
Trampın sözlərinə görə, son doqquz ayda ABŞ-a 17 trilyon
dollardan artıq vəsait yatırılıb və bu məbləğ hazırda “demək olar
ki, 18 trilyon dollara yaxınlaşıb”.
“Ola bilsin ki, ilin sonunadək ölkəmizə təxminən 20–21 trilyon
dollar investisiya daxil olacaq. Bu, indiyədək hər hansı ölkəyə
edilən ən böyük investisiyanı on dəfələrlə üstələyir. Bunun əsas
səbəbi bizim tətbiq etdiyimiz rüsumlardır”, – Tramp qeyd edib.

