
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,8
milyard ABŞ dolları dəyərində 20,7 milyon ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 1,9 milyard ABŞ dolları və ya 15%, həcm
ifadəsində isə 182,6 min ton və ya 0,9% azdır.
Sözügedən məhsulların ixracı bu ilin ilk 10 ayının ixracına
nisbətən 50,14% paya malik olub.
Eyni zamanda hesabat dövründə Azərbaycandan 327,8 milyon ABŞ
dolları dəyərində 587,8 min ton xam məhsullardan başqa, bitumlu
süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya
neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar
ixrac edilib.
Bu isə ötən ilin ilk 10 ayındakı göstərici ilə müqayisədə dəyər
ifadəsində 18,7 milyon ABŞ dolları və ya 6,1%, həcm baxımından isə
92,3 min ton və ya 18,6% çoxdur.
Dövr ərzində sözügedən məhsulların ölkənin ümumi ixracında payı
1,51%-ə bərabər olub.

