DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək – Bu tarixdə

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçün
noyabrın 20-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək
üçün 1680 nəfər qeydiyyatdan keçib.

Trend xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda
(Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və
Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki
növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar
imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa
çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr
həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara
buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap
edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə
göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.




Namizədlər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və
şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında
uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və
avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ
hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın
proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər
tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar
düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal
toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və
onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim
edilir.

“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan
iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış
olsunlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir