Dəmir yolundan oğurluq edən şəxslər saxlanıldı

Baş səhifə

Dəmir yolundan 67 min manatlıq dəmir konstruksiyalar oğurlayan şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Sumqayıt şəhərində stansiya ərazisində olan metal anbarından müxtəlif ölçülü relsləri oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Həmin şəxslər – əvvəllər məhkum olunmuş Xızır Hüseynov, Xudabaxış Ağayev, Akaş Paşayev və Sədat Elbruszadə ümumi çəkisi 109 ton metal qurğuları oğurlayaraq dəmir yollarına 67 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir