Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində
Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşkilatçılığı ilə
Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda
seminar keçirilib.

Trend xəbər
verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, seminarın açılış mərasimində çıxış edən
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Samir Məmmədov tədbirin mövzusunun regionun inkişafı və
gələcək rifahı üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd
olunub ki, hazırda tikintisi davam edən Transxəzər fiber-optik
kabel layihəsi Avropa ilə Asiyanı birləşdirən yüksəksürətli və
təhlükəsiz alternativ marşrut yaradaraq Azərbaycanı regional
rəqəmsal mərkəzə çevirəcək.

Samir Məmmədov bildirib ki, dayanıqlı genişzolaqlı internet
infrastrukturunun qurulması, habelə “2025 – 2028-ci illər üçün Süni
İntellekt Strategiyası”nın təsdiq edilməsi və Milli Süni İntellekt
Mərkəzinin yaradılması Azərbaycanda rəqəmsal transformasiyanı
gücləndirəcək əsas təşəbbüslərdəndir.




Tədbir çərçivəsində iki ölkənin nazirləri tərəfindən imzalanmış
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
ilə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi arasında İKT və
poçt xidmətləri sahələrində Əməkdaşlıq Memorandumu”nun mübadilə
mərasimi keçirilib.

Daha sonra Azərbaycan Respublikasının rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Samir Məmmədov ilə Yaponiyanın Daxili
İşlər və Rabitə Nazirliyində dövlət naziri Noriko Horiuçi arasında
ikitərəfli görüş keçirilib.

Görüşdə yeni texnologiyalar, xüsusilə süni intellekt və
əşyaların interneti kimi prioritet sahələrdə əməkdaşlıq imkanlarına
dair fikir mübadiləsi aparılıb, Memorandumun icrası məqsədilə işçi
qrupunun yaradılması və iş planının hazırlanması barədə razılığa
gəlinib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir