Bakı və İrəvan arasında imzalanmış Vaşinqton razılaşmaları Cənubi Qafqazda sabitlik üçün zəmin yaradır – Fərid Şəfiyev

Baş səhifə

Bakı.Trend

Avqustun 8-də Azərbaycanla Ermənistan arasında razılaşmaların
imzalanması Cənubi Qafqazda sabitlik, sülh, təhlükəsizlik və
əməkdaşlıq üçün yeni zəmin yaradır.

Trend xəbər verir
ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri
Fərid Şəfiyev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin
1-ci Forumunda çıxışında deyib.

O, mövcud vəziyyətin sülhün, iqtisadi əməkdaşlığın və
təhlükəsizliyin birləşdirilmiş platformasını yaratmaq şansı
verdiyini vurğulayıb.

F. Şəfiyevin sözlərinə görə, hazırkı görüş Azərbaycan və ABŞ
ekspert icmaları arasında bu formatda keçirilən ilk təşəbbüs olub
və əsas regional məsələləri müzakirə etmək üçün mühüm imkan
yaradıb.

BMTM sədri vurğulayıb ki, bölgə cəmiyyətləri arasında etimadın
bərpası və ünsiyyətin qurulması zərurətini xüsusi vurğuladı. O,
ekspert dialoqunun dayanıqlı sülhün formalaşması üçün zəmin
yaradacağına ümid etdiyini bildirdi.

O həmçinin, Azərbaycanın analitik icması üçün ABŞ beyin
mərkəzlərinin iş təcrübəsi faydalı olacağını vurğulayıb və ABŞ
ekspertlərini tövsiyələrin mübadiləsinə və birgə tədqiqatlara dəvət
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir