​“Yaxşı gündə də, pis gündə də Azərbaycanın yanındayıq”

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Azərbaycan-Gurcustan sərhədində baş verən təyyarə qəzasından danışıb.

Metbuat.az xəbər verir ki, ölkə başçısı qəzanın səbəblərinin hərtərəfli araşdırıldığını deyib:

“Qara qutunun araşdırılması nəticəsində bu faciənin niyə baş verdiyini daha aydın şəkildə görə biləcəyik. Bütun məlumatları ictimaiyyətlə şəffaf şəkildə bölüşəcəyik”.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əlaqələrə də toxunub:

“Zəfər Bayramından qayıdarkən, Azərbaycan-Gürcüstan sərhədinə yaxın ərazidə təyyarəmiz qəzaya uğrayandan sonra qardaş ölkələr, o cümlədən Gürcüstan və Azərbaycan bütün imkanlarını səfərbər etdi, axtarış-xilasetmə qruplarının çatdırılması və hadisə yerinin təhlükəsizliyinin təminində yaxından əməkdaşlıq etdik. Nəticədə qara qutunu qısa müddətdə əldə etdik. Faciənin hansı səbəbdən baş verdiyini tezliklə biləcəyik”.

Ərdoğan sözlərinə belə davam edib:

“Azərbaycanın Zəfər bayramında da iştirak etdik. Yaxşı gündə də, pis gündə də azərbaycanlı qardaşlarımızın yanındayıq. “Bir millət, iki dövlət” prinsipinə sadiqik. Bundan sonra da belə olacaq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir