
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 1 732 ədəd
yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri
gətirilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 52,1
milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 860 ədəd və ya 1,5 dəfə, dəyər ifadəsi ilə isə 52,2 milyon ABŞ
dolları və ya 2 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana
ümumilikdə 1,8 milyard ABŞ dolları dəyərində 94 583 ədəd avtomobil
idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə
miqdar ifadəsi ilə 860 ədəd və ya 1,5 dəfə, dəyər ifadəsi ilə 308,7
milyon ABŞ dolları, yaxud da 20,8% artıb.
Dövr ərzində ölkəyə 74,8 milyon ABŞ dolları dəyərində 702 ədəd
sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,607 milyard ABŞ
dolları dəyərində 86 909 ədəd əsasən adam daşımaq üçün nəzərdə
tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat
vasitələri idxal edilib.

