Xəstəlik ocaqlarında nəzarət tədbirləri – Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir

Baş səhifə

Bakı. Trend:

Xəstəlik ocaqlarında sanitar-gigiyenik və əksepidemik tədbirlər
aparılır.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam həyat”
verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova
açıqlayıb.

Onun sözlərinə görə, yoluxucu xəstəlik aşkar edildikdə onun
yayılmasının qarşısını almaq üçün həkim və ya tibb işçisi həmin
halı dərhal yerli gigiyena və epidemiologiya mərkəzinə
bildirir:

“Xəstə haqqında tam məlumat toplanır: yaşayış yeri, iş və təhsil
yeri, xəstəliyin başlama tarixi, ilkin simptomlar və kimlərlə
təmasda olduğu qeyd olunur. Bu məlumatlar əsasında epidemioloji
araşdırma aparılır. Yoluxucu xəstəlik digər insanlara keçməsin deyə
xəstə evdə və ya xəstəxanada təcrid olunur. Təcrid müddəti
xəstəliyin növündən asılı olaraq dəyişir. Xəstə olan evdə və ya
müəssisədə dezinfeksiya işləri aparılır. Xəstənin olduğu otaq,
əşyalar, qab-qacaq və geyimlər xüsusi vasitələrlə dezinfeksiya
olunur. Xəstə ilə təmasda olmuş şəxslər (ailə üzvləri, iş
yoldaşları, sinif yoldaşları və s.) epidemioloji müşahidə altına
alınır, lazım gələrsə analizlər verilir və ya profilaktik müalicə
və ya peyvənd tədbirləri aparılır”.




A.İsmayılova bildirib ki, həmçinin əhali arasında maarifləndirmə
işləri aparılır:

“Yoluxucu xəstəliklərin yayılma yolları, əllərin yuyulmasının və
şəxsi gigiyenanın əhəmiyyəti, qida və suyun təmiz saxlanması və
tibbi maskadan düzgün istifadə qaydaları izah edilir.

Eyni zamanda, yaşayış yerlərində sanitar-gigiyenik şəraitin
yaxşılaşdırılması (zibilin vaxtında yığılması, su təmizliyi,
kanalizasiya sisteminin işlək vəziyyətdə olması və s.) təmin
edilir. Bütün tədbirlərdən sonra ocaqda epidemioloji vəziyyət
qiymətləndirilir. Əgər yeni yoluxma qeydə alınmazsa, ocaq
epidemioloji cəhətdən təhlükəsiz hesab olunur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir