
Bakı. Trend:
Unibank ölkədə sahibkarlığın inkişafı istiqamətində dəstək
tədbirlərini davam etdirərək, mikro biznes üçün tətbiq etdiyi
“Payız endirimi” kampaniyasının müddətini uzadıb. Mikro sahibkarlar
noyabrın 30-dək 50 000 AZN-dək mikro
kreditlər üzrə dörd fərqli güzəşt paketindən birini seçə
bilərlər.
Kampaniya çərçivəsində sahibkarlara təqdim edilən endirim
paketləri aşağıdakılardır:
• Paket 1: Cari illik faiz dərəcəsinə 4%-dək
endirim
• Paket 2: Fəaliyyət sahəsindən asılı olaraq
12 ayadək güzəşt müddəti
• Paket 3: 0% komissiya
• Paket 4: Zaminsiz kredit imkanı
Sahibkarlar bu paketlərdən birini seçməklə, bizneslərini daha
sərfəli maliyyələşdirmə şərtləri ilə inkişaf etdirmək imkanı əldə
edirlər. Kreditlər mikro sahibkarların ehtiyaclarına
uyğunlaşdırılaraq, onların fəaliyyətini mövsümə uyğun şəkildə
dəstəkləməyi hədəfləyir.
Unibank hər zaman olduğu kimi, sahibkarların maliyyə
resurslarına daha rahat və əlçatan çıxışını təmin etməkdə davam
edir. Öz biznes planlarını gerçəkləşdirmək istəyən mikro
sahibkarlar bankın filiallarına müraciət
edə bilərlər: “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”,
“Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”,
“Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”,
“Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan”,
“Beyləqan” və “Lənkəran”.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117
nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial
media hesablarından (www.facebook.com/unibank.az,
https://www.instagram.com/unibank.az/)
əldə etmək olar.
Unibank – Sənin Bankın!

