Xəzəryanı ölkələrlə əməkdaşlıq prioritetdir – İranlı nazir

Baş səhifə

Bakı. Trend:

Xəzəryanı ölkələrlə əməkdaşlıq və əlaqələrin inkişaf etdirilməsi
İran üçün proritetdir.

Trend-in
məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi
bu gün (18 noyabr) İranın Rəşt şəhərində keçirilən Xəzəryanı
ölkələrin beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, İran üçün Fars körfəzi qədər Xəzər dənizi
böyük əhəmiyyət kəsb edir. İranın Xəzəryanı ölkələrlə strateji və
məqsədyönlü münasibətləri var.

Araqçi bildirib ki, İran və Rusiya arasında çox yaxın siyasi və
iqtisadi əlaqələr, Azərbaycan, Qazaxıstan və Türkmənistanla
konstruktiv əməkdaşlıq Xəzəryanı ölkələrin xüsusi əhəmiyyəti və
regional əməkdaşlığın inkişafında İranın əsaslı rolunu əks
etdirir.




“İlk dəfə keçirilən sahilyanı idarəetmə qurumları rəhbərlərinin
forumu Xəzəryanı ölkələr arasında iqtisadi, siyasi, mədəni və ətraf
mühit əlaqələrinin möhkəmləndirilməsi üçün dəyərli fürsət yarada
bilər”, – deyə o bildirib.

İranlı nazir qeyd edib ki, forum iqtisadi, turizm, nəqliyyat və
enerji sahələrində birgə potensialların müəyyənləşməsi və ondan
faydalanmaq istiqamətində imkanlar yaradır və sahilyanı bölgələr
birgə turizm məqsədlərinə çevrilə bilər.

Araqçi əlavə edib ki, Xəzər dənizinin davamlı şəkildə idarə
olunması, iqtisadi və nəqliyyat potensiallarından istifadə edilməsi
uzunmüddətli inkişafın şərtidir.

Qeyd edək ki, bu gün İranın şimalında yerləşən Gilan vilayətinin
Rəşt şəhərində 2 günlük Xəzəryanı ölkələrin forumu işə
başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir