Gürcüstan 50-ə yaxın xarici vətəndaşı ölkədən deportasiya edib

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin
əməkdaşları son bir neçə gün ərzində ölkədə miqrasiya
qanunvericiliyini pozan 47 xarici vətəndaşı deportasiya edib.

Trend ölkənin
yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qurumun
mətbuat xidməti məlumat yayıb.




Məlumata görə, deportasiya edilənlər Banqladeş, Misir,
Hindistan, İran, İordaniya, Kamerun, Keniya, Çin, Konqo, Kuba,
Nigeriya, Nepal, Pakistan, Rumıniya, Rusiya, Sudan, Türkiyə,
Türkmənistan, Şri-Lanka və Efiopiya vətəndaşlarıdır.

Onların ölkəyə girişinə qadağa qoyulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir