Vaşinqton razılaşmaları Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi üçün aydın istiqamətlər müəyyənləşdirir – Fərhad Məmmədov

Baş səhifə

Bakı. Trend:

Vaşinqton razılaşmaları və birgə bəyanatlar Azərbaycan və
Ermənistan arasında sülh prosesinin həyata keçirilməsində növbəti
addımlar üçün aydın istiqamətləri müəyyən edir, stabilliyi
gücləndirir və region üçün strateji üstünlüklər yaradır.

Trend xəbər verir
ki, bunu bu gün Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin (CSSC)
təsisçisi və rəhbəri Fərhad Məmmədov Bakıda keçirilən
Azərbaycan-ABŞ beyin mərkəzlərinin 1-ci forumunda deyib.

O qeyd edib ki, ABŞ-nin Bakı və İrəvan arasında vasitəçilik
prosesinə cəlb olunması və birgə bəyanatın həyata keçirilməsində
iştirakı 2020-ci il müharibəsinin əsas nəticələrinin – Azərbaycanın
ərazi bütövlüyünün bərpasının, davamlı sülhün təmin edilməsinin,
ikitərəfli münasibətlərin normallaşdırılması və regional
kommunikasiyaların açılmasının – tam gerçəkləşdirilməsinə yol
açır.

“Bu proseslər ABŞ-yə yeni regional nizamda öz nüfuzunu
təsdiqləmək və Cənubi Qafqazda sabit və təhlükəsiz arxitekturanın
yaradılmasında iştirak etmək üçün unikal imkanlar yaradır”, – deyə
F.Məmmədov vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir