​“8 yaşlı uşaq mənə dərs keçdi” –

Baş səhifə

“Şaxtyor”un baş məşqçisi Arda Turan Ukraynada üzləşdiyi çətinliklərdən danışıb.

Metbuat.az xəbər verir ki, tanınmış məşqci Sky Sports-a verdiyi müsahibədə gecəki bombardmandan sonra matça getdiklərini və yaşadıqlarını nəql edib.

Gözlənilməz halla qarşılaşdıqlarını vurğulayan Arda “Mən heç vaxt bəhanələrin arxasında gizlənən biri olmamışam, amma qabaqcadan görə bilmədiyimiz vəziyyət yaranmışdı. “LNZ Cherkasy” məğlubiyyətindən bir gecə əvvəl bombalar atıldı. Biz bunkerə düşdük. Ancaq bərk qorxmuşduq. O gecə yata bilmədik, hansı şəraitdə oynayacağımızı bilmirdik”, – deyib.

Arda Turan qarşılaşmadan sonra 8 yaşlı uşağın ona yaxşı mənada dərs keçdiyini bildirib: “Məğlub olduğumuz üçün kədərləndim, çünki bizim üçün kritik matç idi. Evi bombalanarkən aldığı xəsarətlərə görə 35 dəfə əməliyyat olunmuş “Şaxtyor”un nəhəng azarkeşi Roman adlı oğlan soyunub-geyinmə otağında bizə qonaq gəldi. Mənə dedi ki, üzülmə. Həyatda yaxşı və pis günlər olur. Sən davam etməlisən”. Bu, 35 dəfə əməliyyat keçirmiş 8 yaşlı uşağın mənə verdiyi həyat dərsi idi”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir