
Bakı. Trend:
Şimali Atlantik alyans Qara dəniz və Baltik dənizi NATO-nun
məsuliyyət regionları kimi nəzərdən keçirir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla NATO baş katibi Mark
Rütte mətbuat konfransında çıxış edib.
“Baltikaya, eləcə də NATO-nun digər regionlarına, məsələn Qara
dənizə gəlincə, ordakı sualtı infrastruktur daima təhdidlə
üz-üzədir”, – deyə Rütte vurğulayıb.
O, NATO ölkələrindən birinə hücum ediləcəyi təqdirdə, qarşı
tərəfin “dağıdıcı qarşılıq” görəcəyi barədə xəbərdarlıq edib.

