Con Herbst: Vaşinqtonun iştirakı dəhlizlə bağlı mübahisəli məqamı neytrallaşdıra bilər

Baş səhifə

Tramp administrasiyasının siyasəti çərçivəsində ABŞ-ın rolu Ermənistan və Azərbaycan arasında sülhün sabitləşməsinə kömək etməkdən ibarətdir.

Bu fikri Atlantik Şurası Beyin Məkrəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con Herbst APA-ya bildirib.

Ermənistan ərazisindən keçən dəhlizlə bağlı ciddi fikir ayrılıqları mövcud olduğunu qeyd edən ekspert ABŞ-ın bu məsələdə yardımçı olacağını qeyd edib.

“Azərbaycan Ermənistan ərazisində ekstraterritorial hüquqlar istəyir. Lakin əgər Birləşmiş Ştatlar dəhlizin idarəçiliyini öz üzərinə götürsə, bu məsələ kəskin olmaya bilər. Çünki bu halda Ermənistan Azərbaycana ekstraterritoriallıq tanımalı olmayacaq, Azərbaycan isə öz maraqlarını təmin etmək üçün bu şərtdə israr etməyə ehtiyac duymayacaq. Başqa sözlə, Vaşinqtonun iştirakı bu mübahisəli məqamı neytrallaşdıra bilər.

Ermənistan ərazsindəki yolların çəkilməsi prosesinin sürətləndirilməsinin vacibliyinə toxunan Herbst bu tikintinin bilərkdən gecikdirilməsinin mümkün olmayacağını vurğuayıb.

“Gecikdirmək mümkündür, amma Tramp haqqında bildiyimiz bir şey var: o, hansısa məsələni vacib hesab edirsə, çox sürətlə hərəkət edir. Ağ Evə qayıtdığı on ay ərzində onun atdığı addımlara yetişmək çətin olub. Onun tikinti sahəsində təcrübəsi nəzərə alınsa, prosesə şəxsən nəzarət edərək işləri daha sürətli irəlilətməsi mümkündür”, – o qeyd edib.

Naxçıvan istiqamətində dəmir yolu tikintisinə xarici tərəfdaş kimi ABŞ-ın verə biləcəyi töhfədən danışan ekspert bu layihənin Tramp administrasiyası tərəfindən mütləq dəstəklənəcəyini bildirib: “Tramp Prezident Əliyevlə münasibətlərinə dəyər verir. Bu məsələ Bakı üçün prioritetdir. Buna görə də Trampın qərar verərkən bunu nəzərə alması tamamilə təbiidir”.

“Tramp marşurutunun” Trampın prezidentlik müddəti bitənə qədər başa çatdırılamamaq ehtimalına gəlincə isə Herbst hətta bu baş versə belə yeni administrasiyanın bu layihədən əl çəkməyəcəyinə əminliyini qeyd edib.

“Prezident Donald Tramp nəyisə mühüm hesab edirsə, sürətlə və qətiyyətlə hərəkət edir — bu isə çox inandırıcı təsir göstərə bilər. Buna görə də hesab edirəm ki, bu layihələrin Tramp Ağ Evdə olduğu müddətdə tamamlanması üçün real imkan var. Eyni zamanda, gələcək administrasiyanın Cənubi Qafqazda əldə olunmuş real irəliləyişlərdən imtina etməsi səhv olardı”, – o vuğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir