Ermənistanla münasibətlərin normallaşması Cənubi Qafqaz üçün yeni imkanlar açır – Fərid Şəfiyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması
prosesi, eləcə də Cənubi Qafqazda nəqliyyat və infrastruktur
şəbəkəsinin inkişafı region üçün yeni siyasi və iqtisadi imkanlar
yaradır.

Trend xəbər verir
ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri
Fərid Şəfiyev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin
1-ci Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada
deyib.

O, ölkələr arasında əldə olunmuş razılaşmaların regional
layihələrə inteqrasiya və əməkdaşlıq üçün yeni platformaların
yaradılmasına yol açdığını vurğulayıb: “Bütün bu proseslər siyasi
və iqtisadi imkanlar yaradır ki, biz onlardan səmərəli istifadə
etmək istərdik”.

Onun sözlərinə görə, beyin mərkəzlərinin fəal iştirakı və
tərəflərin birgə təşəbbüsləri açılan imkanlardan maksimum
yararlanmağa və Cənubi Qafqazın dayanıqlı inkişafına töhfə verməyə
kömək edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir