Azərbaycanın nəqliyyat dəhlizlərində yük daşınması azalıb

Baş səhifə

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 24 milyon 154,1 min ton yük daşınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır.

Məlumata əsasən, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 10 milyon 555,6 min ton (-6,6 %), avtomobil nəqliyyatı ilə 8 milyon 8,8 min ton (+8,9 %) və dəniz nəqliyyatı ilə 5 milyon 589,7 min ton (-6,2 %) yük daşınıb.

Bundan başqa, bu ilin 9 ayında “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 milyon 615 min ton (-1,2 %), o cümlədən “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizi ilə 6 milyon 117,1 min ton (-6,2 %), “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 6 milyon 719,7 min ton (-4,3 %), “Şimal-Qərb” nəqliyyat dəhlizi ilə 4 milyon 416,7 min ton (-3 %), “Cənub-Qərb” nəqliyyat dəhlizi ilə 402,7 min ton (+44,2 %) təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 %-i, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 %-i, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 %-i tranzit yüklər olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir