
Bakı. Trend:
Yapon alimləri Amerikanın texnologiya nəhəngi “Google”un süni
intellektindən istifadə edərək effektiv kök hüceyrələrin
yaradılması üsullarını işləyib hazırlayacaqlar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Biz “Google”la əməkdaşlığı universitetimizin tədqiqatçıları ilə
birlikdə daha effektiv və təhlükəsiz kök hüceyrələrin istehsalı
texnologiyasını yaratmaq üçün bir fürsət kimi istifadə etmək
istərdik”, – deyə Tokio şəhərində keçirilən tədbirdə Kiyoto
Universitetinin tədqiqat qrupu rəhbəri Hirohide Saito bildirib.
Tədqiqatçılar süni intellektdən induksiya olunmuş pluripotent
kök hüceyrələrin yaradılması üçün istifadə edəcəklər.
Əsas məqsəd onların tibbdə tətbiqini sürətləndirməkdir.

