
Bakı. Trend:
Hər zaman korporativ sosial məsuliyyət layihələrinə xüsusi önəm
verən Ziraat Bank Azərbaycan, bir daha gənclər arasında maliyyə
savadlılığının artırılmasına yönəlmiş növbəti maarifləndirici
layihəsini həyata keçirib.
Bankın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində
Hədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri Banka dəvət olunub
və burada fəaliyyət göstərən departamentlərin iş prinsipləri ilə
əyani şəkildə tanış olublar.
Departamentlərlə tanışlıqdan sonra şagirdlərə depozit və kredit
anlayışları, onların hesablanma mexanizmləri, nağdsız ödənişlərin
növləri və təhlükəsizlik prinsipləri, eləcə də POS terminallarının
işləmə qaydası barədə ətraflı məlumat verilib.
Şagirlərə həmçinin mobil bankçılığın iş prinsipləri nümayiş
etdirilib və izah olunub. Layihə çərçivəsində 20-dən çox şagird
bank əməliyyatlarını praktiki şəkildə yerindəcə izləyərək maliyyə
qərarlarının verilməsində əsas prinsipləri öyrənib.
Ziraat Bank Azərbaycan ASC, 161 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir.
Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və
xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən
11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar
vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması,
Linkedin, YouTube
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

