Əməkdar artist Yadigar Muradov dəfn edilib – YENİLƏNİB-1

Baş səhifə

Əməkdar artist Yadigar Muradov dəfn edilib.

APA xəbər verir ki, mərhum aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

***

09:09

Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.

Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.

***

06:56

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

APA xəbər verir ki, o, ötən gecə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Əməkdar artist bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir