
Bakı. Trend:
Cari İran ilinin 7 ayı (21 mart -22 oktyabr 2025) ərzində İranın
Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü
ilə (20 mart -21 oktyabr 2024) müqayisədə dəyər baxımından 16,3%,
çəki baxımından 2,8% azalıb.
Bu barədə Trend
İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər
verir.
Statistikaya əsasən, 7 ayda İranın Azərbaycana qeyri-neft məhsul
ixracı dəyər baxımından 337 milyon dollar, çəki baxımından təxminən
501 min ton təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran
Azərbaycana 403 milyon dollar dəyərində 515 min ton qeyri-neft
məhsulları ixrac edib.
Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd
təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və
kimyəvi məhsullar ixrac edib.
Statistikaya görə, 7 ayda İranın Azərbaycanla ticarət dövriyəsi
344 milyon dollar dəyərində 504 min ton təşkil edib. Ticarət
dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından
18,5%, çəki baxımından 3,8% azalıb.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına
əsasən, 7 ay ərzində İranın qeyri-neft məhsul ixracı 32 milyard
dollar dəyərində təxminən 92 milyon ton təşkil edib. 7 ayda İranın
qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə
dəyər baxımından 1,88% azalıb, çəki baxımından 3,2% artıb.

