Cənubi Qafqaz investisiyalar və nəqliyyat üçün strateji mərkəzə çevrilir – CACI

Baş səhifə

Bakı. Trend:

Cənubi Qafqaz beynəlxalq investisiyalar, enerji və nəqliyyat
sahələri üçün strateji mərkəzə çevrilir və ABŞ ilə Avropa İttifaqı
regionun sabitliyini və Orta Dəhlizin inkişafını fəal şəkildə
dəstəkləyir.

Trend xəbər verir
ki, bunu bu gün “The The Central Asia-Caucasus Institute” (CACI)
institutunun Avrasiya məsələləri üzrə baş elmi işçisi Con DiPirro
Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin 1-ci Forumunda
çıxışında deyib.

O vurğulayıb ki, regionda daha proqnozlaşdırıla bilən
arxitekturanın formalaşması üçün kompleks yanaşma vacibdir.

DiPirro Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən körpü
kimi strateji rolunu və Orta Dəhliz üçün əsas əhəmiyyətini diqqətə
çatdırıb.




“Biz ABŞ-nin Cənubi Qafqazda daha sabit və daha dayanıqlı
regional arxitektura, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı
artan marağını nümayiş etdirən konkret addımlar görürük”, – deyə o
bildirib.

Ekspert həmçinin, Türkiyə və Azərbaycanın yüksək iqtisadi və
strateji dayanıqlığa malik regional oyunçular kimi əhəmiyyətini önə
çəkib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyadan asılılığının
azalması, Türkiyə ilə münasibətlərin normallaşması və
Ermənistan–Azərbaycan arasında uzunmüddətli sülh prosesi ticarətin
genişlənməsi, enerji mənbələrinin şaxələndirilməsi və nəqliyyat
infrastrukturunun gücləndirilməsi üçün yeni imkanlar açır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir