Alonso göndərilir, yerinə o gəlir –

Baş səhifə

“Real Madrid” rəhbərliyi Xabi Alonsonu klubdan göndərə bilər.

Metbuat.az xəbər verir ki, “Real” uğurlu oyun sərgiləsə də, klubda fərqli mənzərə müşahidə olunur. “Fichajes”in məlumatına görə, Xabi Alonsonun rəhbərliyi altında soyunma otağında fikir ayrılıqları müşahidə edilir. İddialara görə, bəzi oyunçular texniki və şəxsi məsələlərdə Alonso ilə fikir ayrılıqları yaşayır. Xüsusilə Vinisius Juniorun bir neçə dəfə Alonsoya etiraz etməsi meydanda da müşahidə edilib. Komandanın əksəriyyəti Alonsonun oyun tərzini qəbul etsə də, bir neçə əsas fiqurla Alonso arasında fikir ayrılığının olduğu iddia edilib.

İddialara görə, Xabi Alonso ilə bağlı gərginlik artarsa, klub prezidenti Florentino Perez onu Zinəddin Zidanla əvəzləyə bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir