Bəxtiyar Hacıyevin kassasiya şikayəti rədd edilib

Baş səhifə

Bakı.Trend:

Qaçaqmalçıqlıqda, saxta sənədlərdən istifadə və başqa əməlləri
törətməkdə təqsirləndirilən Bəxtiyar Hacıyevin barəsində olan
hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi
keçirilib.

Trend xəbər
verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.




Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,
Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub. Bakı
Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında
xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs
olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq),
193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma),
206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə)
213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli
sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir