
Bakı. Trend:
Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri
şəhər ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər
məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə, məktəb və uşaq
bağçası binalarına baxış keçirilib.
Trend xəbər
verir ki, bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan
Hotel Kompleksində görülən işlərlə tanış olublar.
Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.

