
Bakı. Trend:
UNEC beynəlxalq reytinqdə növbəti dəfə uğura imza atıb.
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan QS
(Quacquarelli Symonds) tərəfindən açıqlanan “Dünya
Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026” (“World University
Rankings: Sustainability 2026) nəticələrinə əsasən, UNEC dünyada ən
yaxşı 726-cı, Asiyada 221-ci, Azərbaycanda isə 1-ci
universitetdir.
Reytinqə dünyanın 108 ölkəsindən 2001 universitet daxil olub.
Qiymətləndirmə ali təhsil müəssisələrinin Ətraf mühitə təsiri,
Sosial məsuliyyəti və İdarəetmə fəaliyyətləri əsasında aparılıb.
UNEC 3 istiqamətin hər biri üzrə 1-ci yerə yüksələrək, dayanıqlılıq
sahəsində ölkənin ən yüksək göstəriciyə malik ali təhsil müəssisəsi
olub.
“Ətraf mühitə təsir” (“Environmental Impact”) indikatoru üzrə
UNEC dünyada ən yaxşı 563-cü, Asiyada 175-ci, Azərbaycanda isə
birincidir. “Ətraf mühitin davamlılığı” (Environmental
Sustainability) indikatorunda UNEC 309-cu pillədə yer alaraq
regionun bir çox aparıcı universitetlərini geridə qoyub.
“Ətraf mühit təhsili” (Environmental Education) indikatorunda
UNEC dünyanın 586-cı, “İşəgötürülmə və inkişaf imkanları”
(Employability and Opportunities) üzrə dünyanın 714-cü, “Yaxşı
idarəetmə” (Governance) üzrə isə UNEC dünyanın ən yaxşı 615-ci,
Asiyanın 198-ci, Qərbi Asiyanın 29-cu, Azərbaycanın isə lider
universitetidir.
Xatırladaq ki, UNEC bu il THE və QS beynəlxalq reytinqlərində
davamlı olaraq bir neçə uğura imza atıb.
Belə ki, Times Higher Education (THE) Dünya Universitetləri
Reytinqinə ilk dəfə daxil olan UNEC bu nüfuzlu reytinqdə
Azərbaycanda 1-ci, Cənubi Qafqazda 1-ci, dünyada isə 801-1000-ci
yerə yüksəlib. UNEC THE reytinqində dünyanın ən yaxşı 1000
universiteti sırasına daxil olan yeganə Azərbaycan universitetidir.
Eyni zamada həmin reytinqdə ilk minliyə daxil olan Türk Dövlətləri
Təşkilatına üzv ölkələrinin 20 universitetindən biridir.
Bundan əlavə, QS Dünya Universitetlər Reytinqində (QS World
University Rankings 2026) UNEC dünyanın ən yaxşı 801-850-ci
universiteti olub.
QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026-da UNEC Azərbaycan və
Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə
yüksəlib.
Həmçinin, UNEC ilk dəfə olaraq, “QS MBA Rankings 2026”
reytinqində dünya üzrə ən yaxşı 201-250-ci, Avropa üzrə 70-ci,
Azərbaycanda isə 1-ci yerə yüksəlib.
https://www.topuniversities.com/sustainability-rankings?countries=az

