
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin oyununda qələbə qazanıb.
Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib – 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

