10 milyona yaxın kartımızdan Birbank kartılarına köçürmələr limitsiz və komissiyasızdır

Baş səhifə

Bakı. Trend:

Yerli maliyyə bazarında innovativ həllərin ilk yaradıcılarından
olan Kapital Bank milyonlarla müştərisinə rəqəmsal üstünlüklər
təklif edir. Xüsusən də köçürmələr istiqamətində müştərilərinin
tələbini qarşılayan bank, rəqibləri arasında ilk sıralarda yer
alır. Belə ki, banka məxsus 10 milyona yaxın
kartdan Birbank kartlarına köçürmələr tamamilə
limitsiz və kommisiyasızdır. Yəni, Birbanklılar öz
kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir
məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Digər yerli bank
kartlarına köçürmə edənlərsə şəxsi vəsaitlərindən 10 000 manatadək
məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər.

Qeyd edək ki, müştəri davranışlarına uyğun olaraq bir
qism müştəridə
fərdi yanaşma nəticəsində müxtəlif limitlər
tətbiq edilir. Həmin müştərilər Birbank mobil tətbiqindəki şəxsi
kabinetlərində bu haqda ətraflı məlumat ala bilərlər. Bunun üçün
mobil tətbiqdə kart məlumatlarına daxil olaraq “Xərclər üzrə limit”
bölməsindən şəxsi limiti görmək mümkündür. SMS və ya Birbank
tətbiqində bildiriş almayan müştərilərsə kartın üstünlüklərindən
hər zaman olduğu kimi istifadə edə bilərlər.

Həmçinin ölkənin dörd bir yanında olan 1190 ədəd Kapital
Bank/Birbank bankomatı müştərilərə maliyyə əlçatanlığı təqdim edir.
Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və
komissiyasız mədaxil şansı da yaradır.




Eyni zamanda Birbank
taksit kart
sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24
ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də
köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir.
Üstünlüklərlə dolu Birbank Star kredit
kartı
isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə
xərcləyən hər kəs məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş
etmir.

Birbank kartlarını birbank.az saytından, bir sıra
supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor mağazalardan və
mollarda yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək
olar.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən
Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital
Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə
daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir