
Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki
problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir
sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və
xidmətlərə əlçatanlıq məhdudlaşıb.
Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və
ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa “Cloudflare”-in beynəlxalq şəbəkəsində baş verən texniki
nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə
təsir göstərir.
Məlumat üçün bildirək ki, nasazlıqla bağlı “Cloudflare”də
açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə
təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan
qaldırılması istiqamətində iş görür.
***
15:54
Bakı.Trend:
Azərbaycanda əksər xəbər saytlarına girişdə çətinliklər
yaşanır.
Saytlarla yanaşı “X”sosial şəbəkəsinə də giriş də mümkün
deyil.
Problem Cloudflare-də baş verən kütləvi nasazlıqla
əlaqələndirilir.
Rəsmi qurumlardan Trend-ə verilən məlumata görə, məsələ araşdırılır.

