Sabah Binəqədi və Səbail rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

19.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən aparılacaq
təmir işləri ilə əlaqədar Binəqədi və Səbail rayonlarının bəzi
ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, Binəqədi rayonu üzrə DSK yolunun, Binəqədi
qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov,
A.Zeynallı, Q.Məmmədov, Xaqani, M.Hüseynzadə, Ordubadi, T.Yaqubov,
Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Səbail rayonu üzrə isə
Badamdar qəsəbəsi, Lomonosov, Çerniyakov, H.B.Əliyev, Dağlıq,
G.Əliyev, Y.Mürsəlov, A.İsmayılov küçələrinin və 2-ci yaşayış
massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir