Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının prezidenti ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Su İdmanı
Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləmlə
görüş keçirib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanda su idman növlərinin inkişafı, infrastruktur
imkanları və “World Aquatics” ilə əməkdaşlıq perspektivləri
müzakirə olunub.




Qeyd olunub ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı
dövlət siyasətinin əsas istiqamətlərindən biridir və idmançılar hər
zaman dövlət tərəfindən xüsusi diqqət və dəstək görürlər.

Baş nazir ölkəmizdə son illərdə yaradılan müasir idman
infrastrukturu barədə məlumat verib. Bildirilib ki, Azərbaycan
regionlar da daxil olmaqla onlarca olimpiya-idman kompleksinin
inşası ilə bu sahədə nümunəvi təcrübə formalaşdırıb. Bunun nəticəsi
olaraq ölkəmiz bir çox beynəlxalq yarışlara və dünya səviyyəli
tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin su idman
növlərinin ölkəmizdə inkişafı, kütləviliyin artırılması, habelə WA
ilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, eləcə də
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev iştirak
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir