
Bakı. Trend:
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış
ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi
Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş
keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin N hərbi hissəsini
ziyarət ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki
büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin
önünə gül dəstələri düzülüb, ehtiram nümayiş etdirilib.
Qonaqlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib,
onları maraqlandıran suallar cavablandırılıb.
Görüş zamanı tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında
mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi
aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq
doğuran təklifləri müzakirə ediblər.
Yekunda qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə
nümunəvi çıxışlarını izləyiblər.

