
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 19-da Türkiyəyə
işgüzar səfər edəcək Volodimir Zelenski ilə danışıqlar
aparacaq.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin KİV-ləri xəbər verib.
Məlumata əsasən, tərəflərin ikitərəfli məsələlərlə yanaşı,
Ukraynadakı münaqişənin hazırkı vəziyyətini, eləcə də onun həlli
yollarını ətraflı müzakirə edəcəyi ehtimal edilir.
Xüsusilə, söhbət atəşkəs məsələsi və Rusiya ilə Ukrayna arasında
danışıqların intensivləşdirilməsi, o cümlədən İstanbulda təmaslar,
eləcə də nizamlama üzrə mümkün sammitlə gedir.

