
Marsda Jezero kraterində ətrafındakılardan əhəmiyyətli dərəcədə fərqlənən qaya aşkar edilib.
Metbuat.az xəbər verir ki, qayanın kosmosdan gələn meteorit olduğu hesab edilir. NASA-nın Marsdakı “Perseverance” roveri missiyasının davam etdirdiyi tədqiqatlara görə, qaya dəmir və nikellə zəngindir. Jezero kraterində yerləşən təxminən 80 santimetr enində olan qaya “Phippsaksla” adlandırılıb. Bildirilir ki, “Phippsaksla”nı geoloji mühitindəki digər qayalardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyət dəmir və nikellə zəngin tərkibidir.
Elementlərin bu kombinasiyası, qayanın Mars deyil, keçmişdə planetə təsir etmiş dəmir-nikel meteoriti olduğunu ortaya qoyur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

