Bitkoin bütün qazancları “sildi”

Baş səhifə

ABŞ-də davam edən iqtisadi qeyri-müəyyənlik və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyi ilə bağlı iddialar bitkoinin qiymətini ucuzlaşdırıb.

Metbuat.az xəbər verir ki, bundan əvvəl 126.199 dollara çataraq rekord qıran bitkoinin qiyməti 89.300 dollara düşüb.

Qeyd edək ki, bundan əvvəl bitkoin qiyməti 126.199 dollara çataraq illik təxminən 35% qazanc əldə etmişdi. İlin əvvəllərindən bu yana kəskin ucuzlaşan bitkoin bununla da əldə etdiyi bütün qazancları əldən vermiş olub.

Bazar kapitallaşmasında ikinci yerdə olan “Ethereum” da oxşar tendensiyanı izləyərək bundan əvvəl 3.345 dollara qədər yüksəlmişdi. Ardınca “Ethereum”un qiyməti 2.943 dollara düşüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir