Finlandiya müdafiə üçün Aİ-dən 1 milyard avroluq krediti götürməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Finlandiya hökumətinin İqtisadi Siyasət üzrə Nazirlər Komitəsi
Avropa İttifaqından (Aİ) müdafiə üçün milyard avroluq kredit almaq
qərarına gəlib.

Trend-in
məlumatına görə, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo
deyib.

“Vəsaitlər Ukrayna ilə əməkdaşlıq çərçivəsində yerüstü döyüş
imkanlarını gücləndirmək və dronların alınması üçün istifadə
olunacaq”, – deyə o bildirib.




Hökumət başçısı qeyd edib ki, Finlandiya Avropa İttifaqının
ümumi 150 milyard avroluq kredit paketində onun üçün ayrılmış
maksimum 1 milyard avronu götürmək niyyətindədir.

Onun sözlərinə görə, zirehli texnika istehsalında artıq
tərəfdaşlar var. “Məsələn, uyğun istehsal müəssisələrinə malik
Finlandiya şirkətləri olan “Patria” və “Sisu””, – deyə baş nazir
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir