Bu il ABŞ iqtisadiyyatına yatırılan investisiyalar 21 trilyon dollara çatacaq

Baş səhifə

ABŞ iqtisadiyyatına investisiyalar ilin sonuna qədər təxminən 21 trilyon dollara çatacaq.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“İl ərzində ABŞ-a investisiyaların həcmi və gələcək investisiyalar 21 trilyon dollara çatacaq”, – o deyib.

Tramp, həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoymağa razılıq verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir