
Müğənni Seren Serengilin anası Nevin Teomanın səhhəti pisləşib.
Bu barədə müğənni açıqlama verib. O, anasının reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.
Seren Serengil xəstə anasını İstanbula çatdırmaq üçün Səhiyyə Nazirliyindən təcili yardım təyyarəsi istəyib.
Serengil özünün sosial şəbəkə hesabında bunları yazıb:
“Cənab nazir, mən anamı itirə bilərəm. O, yıxılıb ombasını sındırıb, indi infarkt təhlükəsi və ağciyərlərinə maye yığılması diaqnozu ilə reanimasiyadadır. Anamın yatdığı xəstəxanada nə ürək, nə də angioqrafiya şöbəsi var. Onu İstanbula aparmalıyam. Zəhmət olmasa, mənə təcili yardım təyyarəsi göndərin. Pulunu ödəyəcəm, kömək edin”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

