Səudiyyə Ərəbistanı ABŞ-a investisiyanı 1 trilyon dollara çatdırmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına investisiyaları 600
milyard dollardan 1 trilyon dollara qədər artırmaq
niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi
və Baş naziri Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald
Trampla görüşdə deyib.




“Cənab Prezident, əminəm ki, bu gün və sabah biz bu 600 milyard
dollarlıq investisiyaları, real investisiyaları demək olar ki, 1
trilyon dollara çatdırmaq niyyətimizi elan edəcəyik”, – deyə o
bildirib. O, Trampın Ər-Riyadın ABŞ-a yatırımını həqiqətən 1
trilyon dollara çatdırıb-artırmayacağı ilə bağlı sualına müsbət
cavab verib.

Məhəmməd bin Salman Əl Səudun sözlərinə görə, Ər-Riyad ABŞ
iqtisadiyyatının gələcəyinə və Trampın siyasətinə inanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir