Tramp: Bayden hər zaman yatırdı və az qala ABŞ-ı məhv edirdi

Baş səhifə

ABŞ prezidenti Donald Tramp iddia etdi ki, sələfi Co Bayden bütün vaxtını vəzifədə işləmək əvəzinə yatmaqla keçirib və ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb.

“Biz bir xaos miras almışıq. Əslində ölkəmizin böyük problem içində olduğunu mənə demişdin. Sizin istifadə etdiyiniz sözləri işlətməyəcəyəm. Ölkəmizin bir il yarım, iki il əvvəl öldüyünü düşünürdünüz. İndi isə dünyanın ən gözəl ölkəsi bizdədir. Bizdə sadəcə bir nəfər yatırdı. O, bütün rekordları qırıb. O, həmişə, gecə-gündüz, çimərlikdə mətbuatın müşayiəti altında çimərlikdə də yuxuya gedə bilən yeganə adam idi”, – Tramp deyib.

Tramp ölkəyə investisiya cəlb etdiyini və tətbiq etdiyi rüsumların xeyir gətirdiyini iddia edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir