Azərbaycanın U19 millisi seçmə mərhələni qələbə ilə başa vurub

Baş səhifə

Bakı. Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb. 13-cü
qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət
komandası ilə qarşılaşıb.

AFFA-dan Trend
verilən məlumata görə, Ta Qali şəhərində yerləşən “Centenary”
stadionunda keçirilən görüşün ikinci hissəsinin əvvəllərində meydan
sahibləri hesabı açıblar. Buna baxmayaraq, millimiz geridönüş
etməyi bacarıb. 60-cı dəqiqədə Nadir Orucovun və 80-ci dəqiqədə
Şahismayıl Cəfərovun vurduğu qollar sayəsində Elxan Abdullayevin
yetirmələri 2:1 hesablı qələbə qazanıblar.




Bununla U-19 qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir