İsrail PUA-sı Livandakı Fələstin düşərgəsində avtomobilə hücum edib

Baş səhifə

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə Livanın cənubundakı Əyn əl-Hilvə Fələstin qaçqın düşərgəsindəki avtomobilə zərbə endirib.

APA xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat verib.

Məlumata görə, pilotsuz təyyarə Xalid ibn Vəlid məscidi yaxınlığındakı avtomobilə hücum edərək ona üç raket atıb.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir