Azərbaycanın U-21 millisi Cəbəllütariq yığmasını səfərdə məğlub edib

Baş səhifə

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.

AFFA-dan Trend
verilən məlumata görə, B qrupunda yer alan millimiz Cəbəllütariqin
müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Europa
Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü
dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra Rəşad Eyyubovun yetirmələri xallarının sayını
5-ə çatdırıb.




Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın
27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir